Dünyanın ən zəngin insanlarından biri olan Elon Musk sahib olduğu "Neuralink" şirkəti çərçivəsində indiyədək 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət təxminən iki ildir davam edən sınaqlarda həyəcanverici nəticələr əldə edildiyini bildirib.
"Neuralink" insan beyninə dair tədqiqatlarını genişləndirməyə davam edərkən beyin implantı sınaqları üçün bu günə qədər 21 könüllünün layihəyə daxil olduğu qeyd edilib. Bu könüllülərin hər birinin beyninə çip implantasiya edildiyi bildirilib.
Şirkət tərəfindən verilən açıqlamada sınaqlarda əhəmiyyətli irəliləyişlər əldə edildiyi vurğulanıb və test prosesinin iki ili keçdiyi xatırladılıb. Elon Musk 2024-cü ilin yanvar ayında ilk insan könüllüsünə beyin çipi implantasiyasının həyata keçirildiyini ictimaiyyətə açıqlamışdı.
"Neuralink"in "Telepati" adı verilən çipi iflic olan şəxslərin yalnız düşüncə gücü ilə kompüter və telefon kimi cihazları istifadə etmələrinə imkan tanıyır.