Dünyada yeni virus yayılır

16:12 - 30 Yanvar 2026

Dünyada yeni virus yayılır

Hindistanın Qərbi Benqal ştatına bağlı Barasat şəhərində 2 nəfərin Nipah virusu daşıdığı təsdiqləndikdən sonra Asiya ölkələri hava limanlarında yoxlama tədbirlərini tətbiq etməyə başlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölüm nisbəti 75% olan və koronavirusdan 5 dəfə daha ölümcül olan Nipah virusu ilə bağlı açıqlama verib.

Hindistanın Qərbi Benqal ştatına bağlı Barasat şəhərində 2 nəfərin Nipah virusu daşıdığı müəyyən edildikdən sonra, hökumətin geniş miqyaslı ictimai səhiyyə tədbirləri aldığı bildirilib.

Virusun Hindistanda təsbit edilməsindən sonra bir sıra Asiya ölkələri hava limanlarında yoxlama tədbirlərini tətbiq edərkən dünya bir növ koronavirus tipli pandemiya narahatlığı ilə qarşı-qarşıya qaldı. ÜST, ölümcül virusla bağlı açıqlama edərək ictimaiyyətdə yaranan sualları cavablandırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Cümə günü verdiyi açıqlamada Hindistandan yayılan ölümcül Nipah virusunun yayılma riskinin aşağı olduğunu bildirdi və Cənubi Asiya ölkəsindəki iki infeksiya hadisəsindən sonra səyahət və ticarətə dair hər hansı bir məhdudiyyətin qoyulmasını təklif etmədiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az