"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik" - Rusiya XİN

23:34 - 28 Dekabr 2021

\"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik\" - Rusiya XİN

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin xarici siyasət yekunları ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına nail olub.

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edilib. Dekabrın 10-da Moskvada “3+3” formatında “3+3 regional məşvərət platformasının təsis iclası keçirilib", - açıqlamada qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az