Ukraynada doğum evi vuruldu - Yaralılar var

17:50 - 01 Fevral 2026

Ukraynada doğum evi vuruldu - Yaralılar var

Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərində doğum evini vurub.


Manset.az UNİAN-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Hücum zamanı ikisi qadın olmaqla azı 6 mülki şəxs yaralanıb.

Doğum evinin otaqları, koridorlar zədələnib, pəncərələr sınıb və duman qalxıb.

Məlumata görə, səhər və günortadan sonra Rusiyanın Zaporojye şəhərinə ümumilikdə iki hücum qeydə alınıb ki, biri 4 yaşlı uşaq olmaqla ümumilikdə 9 nəfər yaralanıb.

Məlumatı Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında təsdiqləyib.  



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az