Çində 4 nəfər edam edildi

14:32 - 02 Fevral 2026

Çində 4 nəfər edam edildi

Çinə qonşu Myanmaada fəaliyyət göstərən cinayət təşkilatına aid 4 nəfər edam edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Bai ailəsi" adı ilə tanınan cinayət təşkilatının rəhbəri Bai Suoçinqin oğlu Bai Yinqanq və üç yaxın tərəfdaşı edam edildiyi bildirilib.

Xinhua xəbər agentliyinin məlumatına görə, məhkəmə qərarında təşkilat üzvlərinin Myanmanın Şan əyalətinə bağlı Kokang bölgəsində qanunsuz qumar və fırıldaqçılıq məqsədilə 41 obyekt qurduqlarını və bu obyektlər vasitəsilə 29 milyard yuanı (4 milyard dollar) keçən bir pul yuyulması əməliyyatı yaratdıqlarını qeyd edib.

Qeyd edək ki, Quangdong əyalətinə bağlı Şıncın Orta Xalq Məhkəməsi 2024-cü ilin noyabr ayında bu cinayət təşkilatının üzvlərindən, aralarında rəhbərin də olduğu 5 nəfərə edam, 2 nəfərə isə 2 il təxirə salınmış edam cəzası vermişdi.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az