Məşhur aktyor saxlanıldı

16:59 - 02 Fevral 2026

Məşhur aktyor saxlanıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində tanınmış aktyor Barış Murat Yağcı saxlanılıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, xaricdə yaşayan araşdırma çərçivəsində xaricdə olduğu üçün haqqında axtarış qərarı çıxarılan Barış Murat Yağcı, bu gün günortadan sonra Türkiyəyə qayıtdığı zaman hava limanında saxlanılıb.


İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırma" və "narkotik və ya stimullaşdırıcı maddə almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik və ya stimullaşdırıcı maddə istifadə etmək" ittihamları ilə aparılan araşdırma çərçivəsində dünən 11 şübhəli sərbəst buraxılıb.


Yağcı əməliyyat üçün İstanbul Vilayəti Jandarma Komandanlığına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az