FİFA prezidenti Canni İnfantino Rusiya milli komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasına qarşı çıxıb.
Manset.az xəbər verir ki, o, SkyNews-a müsahibəsində bu məsələyə toxunub.
“Mən həmişə qadağalar və sanksiyalara qarşı olmuşam. Məncə bunlar müsbət heç nə gətirmir. Əksinə, daha çox nifrətin yayılmasına səbəb olur”, - Canni İnfantino vurğulayıb.
O, Rusiya qarşı qadağanın heç nəyə nail olmadığını, sadəcə nifrəti və qəzəbi təşviq etdiyini deyib.
Xatırladaq ki, FIFA 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı qadağa tətbiq edir.