İspaniyada bu şəxslərin sosial şəbəkəyə girişi qadağan edildi

16:59 - 03 Fevral 2026

İspaniyada bu şəxslərin sosial şəbəkəyə girişi qadağan edildi

İspaniya Baş naziri Pedro Sanchez 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə daxil olmasına qadağa qoyulacağını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sanchez Dubayda keçirilən Dünya Hökumətləri Zirvəsində etdiyi çıxışda rəqəmsal platformalar üzərində nəzarəti artırmaq, habelə platforma idarəçilərini bu şəbəkələrdəki pozuntulara görə məsul tutmaq üçün digər tədbirlər alınacağını bildirib.

Baş nazir həmçinin sosial şəbəkələrdə nifrət və ayrı-seçkilik bəyanatlarına qarşı izləmə sistemi yaradılacağını da açıqlayıb.

Sosial media platformalarının daha sərt, sürətli və effektiv şəkildə tənzimlənməsi üçün koordinasiyalı və effektiv şəkildə irəliləmək məqsədilə beş Avropa ölkəsi ilə birlikdə yaradılan "Rəqəmsal Hazırlıq Koalisiyası"na İspaniyanın da qoşulacağını bildirən Sanchez ilk iclasın yaxın günlərdə keçiriləcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az