Türkiyənin ən çox danışılan simalarından Hülya Avşarın qızı Zehra Çilingiroğlu sosial media hesabında paylaşdığı yeni fotosu ilə diqqət cəlb edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, estetiksiz, tamamilə təbii və saf gözəlliyi ilə seçilən Çilingiroğlu ağ geyimdəki zərif üslubu ilə izləyicilərindən müsbət rəylər alıb.
Anası Hülya Avşara olan oxşarlığı ilə tez-tez gündəmə gələn Zehra bu dəfə yalnız gözəlliyi ilə deyil, üzündəki səmimi təbəssümü və duruşu ilə diqqət çəkib.