Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar qüvvədə qalır.
Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb.
Qeyd edək ki, qısa müddət öncə Reuters agentliyi ABŞ hərbçilərinin Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sını vurduğuna dair məlumat yayıb.
Məlumatı Pentaqon təsdiqləyib.