Almaniyanın Freiburg şəhərində təxminən 10 il ərzində davam edən məzar oğurluqlarını törədən şəxs müəyyən edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölülərdən qızıl diş və digər qiymətli əşyalar oğurlayan şəxsin bir dəfn işçisi olduğu ortaya çıxıb. Şəxs barəsində cinayət işi açılıb.
O bu oğurluqlardan 250 min avro əldə edib.