25 ildən sonra İbrahim Tatlıses ilə barışan Asena sonunda susqunluğunu pozdu.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "İbo Show"a qatılma səbəbi maraq doğuran Asena İbrahim Tatlıseslə barışmaları ilə bağlı ilk dəfə danışıb.
Yeni il ərəfəsində "İbo Show"a qatılaraq 25 illik küslüyü bitirən Asena mətbuat gündəminə bomba kimi düşmüşdü.
Asena, "İbrahim Tatlıses ilə illər sonra qarşılaşdığınızda nə hiss etdiniz?" sualına belə cavab verdi:
"Nə hiss etdiyim mənə qalsın. Oraya çıxma səbəbim, yüklərimdən qurtulmaq idi. Hesabları bağlamaq idi. Mən kimsəyə qəzəbli deyiləm, heç kimlə də bir yarışım yoxdur".