Dəvələrə görə də pasport tələb olunacaq - Səudiyyə Ərəbistanda yeni qərar

15:43 - 05 Fevral 2026

Dəvələrə görə də pasport tələb olunacaq - Səudiyyə Ərəbistanda yeni qərar

Səudiyyə Ərəbistanı yerli dəvələr üçün dünya miqyasında diqqət çəkən "dəvə pasportu" tətbiqini təqdim edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin verdiyi açıqlamaya görə, "Nazir müavini, heyvandarlıq sektorunun məhsuldarlığını artırmaq və dəvələr üçün məlumat bazası yaratmaq məqsədilə deve pasportunu təqdim etdi" - deyə bildirilib.

Nazirlik açıqlamasına əsasən, dəvə pasportunda heyvanın növü, cinsi və sahibi haqqında məlumatların olduğu rəsmi təsdiq edilmiş bir sənəd olacaq. Hər dəvə üçün düzgün və etibarlı tibbi dosyanın yaradılmasını təmin etmək məqsədi güdülən pasportlar, populyasiyada infeksion xəstəliklərin izlənilməsini asanlaşdıracaq ətraflı peyvənd qeydiyyatını da əhatə edəcək.

Nazirlik pasportların həmçinin sahibliyin doğrulanması prosesini sadələşdirəcəyini və heyvandarlıq edənlər üçün selektiv yetişdirmə proqramlarını inkişaf etdirəcəyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az