Fransanın cənubunda yerləşən Alpes-Côte d'Azur bölgəsindəki "La Guicharde" Orta Məktəbində təhsil alan 14 yaşlı şagird 60 yaşlı rəsm müəllimini bıçaqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dəfələrlə bıçaqlanan müəllim ağır xəsarət alıb.
Toulon şəhərinin prokuroru Raphael Balland hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında şagirdin müəllimini ən azı 3 dəfə bıçaqladığını və ardından qətl cəhdi şübhəsi ilə saxlanıldığını bildirib. Balland "Bildiyimiz tək şey, son dövrlərdə müəllimlə arasında gərginliklərin olduğu və şagirdin ona qarşı qəzəbli olduğudur" - ifadələrini işlədib.