Almaniyada "qanunsuz qiymət təyinatı" tətbiq etdiyi səbəbindən "Amazon"a 59 milyon avro cəza kəsilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, platformadakı üçüncü tərəf satıcılarının qiymətlərini şəffaf olmayan mexanizmlərlə sıxışdırdığı aşkarlanıb.
Açıqlamada Almaniyadakı onlayn satışların təxminən 60%-ni özündə cəmləşdirən "Amazon"un üçüncü tərəf satıcılarının qiymətlərini "yüksək" gördüyü zaman məhsulları platformadan çıxardığı və ya görünürlüğünü məhdudlaşdırdığı bildirilib.