8 saat davam edən qaraciyər nəqli əməliyyatından sonra intensiv terapiya şöbəsində müalicəsi başa çatan türkiyəli məşhur aktyor Ufuk Özkandan ilk açıqlama gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özkan intensiv terapiya dövrünün ardından öz fikirlərini ilk dəfə paylaşıb.
Özkan, "Hər kəsə çox təşəkkür edirəm. Gözümü açalı 5-6 saat oldu. Təxminən 8 saat davam edən bir cərrahi müdaxilə edildi. Çox dəyərli həkimlərim Prof. Dr. Remzi Emiroğlu, Prof. Dr. Murat Dayangaç, Prof. Dr. Onur Yaprak və Doç. Dr. Cenk Şimşek inanılmaz bir şey bacardılar. İlk növbədə sabiq Səhiyyə naziri Fahrettin Kocaya təşəkkür edirəm. Bu qədər çox sevildiyimi düşünmürdüm. Çox dua edən oldu. Dua edən hər kəsə və məni sevənlərə çox təşəkkür edirəm. Sizin dualarınız mənim qoruyucularım oldu. Yaxında ayaq üstə də görüşəcəyik" - deyib.