Kripto valyuta bazarlarında riskdən qaçma tendensiyası dərinləşir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bitkoin Donald Trampın 6 noyabr 2024-dəki seçimi qazandığı gündən ilk dəfə olaraq 70 min dollar həddinə geriləyib.
İnvestorların riskdən qaçma meylləri, bu səhər bitcoin qiymətini 16 ayın ən aşağı səviyyəsinə endirib. Bitkoin qiyməti 70,612.61 dolları görüb və hazırda dünənə nisbətən 2.6% azalarak 70,715.42 dollar səviyyəsində ticarət edilir.
Ethereum 1.2% azalma ilə 2,100 dollara düşərkən, Solana qiyməti 90 dollar həddinə enib.
Qeyd edək ki, Bitkoin 70 min dolları sonuncu dəfə Trampın seçimi qazandığı 6 noyabrda görmüşdü. Trampın kripto valyutaları dəstəkləyən mövqeyindən sonra, qiymət 14 avqust 2025-də 124,457 dollara çatmışdı.