Türkiyənin Nevşehir Karacaören kəndidə ana, ata və 8 aylıq körpələri sobadan sızan karbonmonoksit qazından zəhərlənərək dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gələn qruplar evin ətrafında təhlükəsizlik tədbirləri görərək araşdırma aparmağa başlayıblar.
Sobadan sızan karbonmonoksit qazı nəticəsində ana Azimə Doğantekin, ata Sefer Doğantekin və 8 aylıq körpə Mustafa Efe Doğantekin zəhərlənib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib. İlk müdaxilə nəticəsində ana, ata və körpənin həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.