Bu ölkə də 16 yaşdan kiçiklərə sosial medianı qadağan edir

20:04 - 18 Fevral 2026

Bu ölkə də 16 yaşdan kiçiklərə sosial medianı qadağan edir

İrlandiya hökumətinin sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti tətbiq etmək planını açıqlamağa hazırlaşdığı bildirilir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, onlayn təhlükəsizliyə üstünlük veriləcək plan çərçivəsində 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq qanun layihələrinin hazırlandığı təsdiqlənəcək. Bu addım Nazirlər Kabinetinin müzakirəsinə çıxarılacaq yeni “Rəqəmsal və Süni İntellekt Strategiyası”nın tərkib hissəsi olacaq.

Məsələ İrlandiyanın Avropa İttifaqına sədrliyi dövründə əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Hökumət Avropa səviyyəsində birgə addım atılmasına üstünlük versə də, zərurət yaranacağı halda İrlandiyanın təkbaşına qərar qəbul edəcəyi vurğulanır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az