Yol anidən çökdü - Avtomobillər çuxura düşdü

17:14 - 26 Fevral 2026

Yol anidən çökdü - Avtomobillər çuxura düşdü

ABŞ-nin Nebraska ştatında qırmızı işıqda dayanan iki avtomobil yolun birdən çökməsi nəticəsində yaranan çuxura düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nebraska ştatının Omaha şəhərində bir kəsişmədə yol qəflətən çöküb. Qırmızı işıqda dayanan iki avtomobil açılan çuxura düşüb.

O anlar təhlükəsizlik kameralarına düşüb və ətrafdakı şəxslər hadisəyə müdaxilə ediblər. Çuxura düşən avtomobillərin sürücüləri təhlükəsiz şəkildə çıxarılıb.

Hadisə zamanı xəsarət alan olmayıb və əraziyə gələn polis əməkdaşları çuxurun daha da genişlənmə ehtimalına qarşı yolu bağlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az