Antalyada 63 yaşlı bir kişi "Yuventus – Qalatasaray" matçını izləyərkən keçirdiyi infarkt nəticəsində həyatını itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, matç zamanı ürək infarktı keçirdiyi bildirilen şəxs üçün təcili yardıma xəbər verilib.
Hadisə yerinə gələn tibb işçilərinin bütün müdaxilələrinə baxmayaraq, 63 yaşlı kişinin həyatını itirdiyi məlum olub. Hadisə ilə bağlı zəruri araşdırmalar başlanılıb.