Nigeriyanın Kebbi ştatında məscidə terror hücumu həyata keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumda 6 nəfərin həyatını itirdiyi bildirilib.
Kebbi Ştatı Polis Nümayəndəsi Bashir Usman yazılı açıqlamasında terror qruplaşması "Lakurawa" üzvləri olduğu şübhə edilən şəxslərin ştatın Dadin Kowa bölgəsində namaz qılanlara silahlı hücum təşkil etdiklərini bildirib.
Hücumda həyatını itirənlərdən başqa 3 nəfərin də yaralandığını qeyd edən Usman, "Hücum, hərbiçilərə qarşı uğursuz bir tələnin ardından Lakurawa terrorçularından şübhələnilən şəxslərin intiqamıdır" - ifadəsini işlədib.