İsrail ordusu İsfahana hücum edəcəyini açıqladı

23:17 - 28 Fevral 2026

İsrail ordusu İsfahana hücum edəcəyini açıqladı

İsrailin Müdafiə Qüvvələri İranın İsfahan bölgəsinə hava zərbəsi endirəcəyini elan edib.


Manset.az xəbər verir ki, bu barədə The Times of Israel ordunun rəsmisi Kamal Penhasinin "X" sosial şəbəkəsindəki bəyanatına istinadən məlumat yayıb.

Bu səbəbdən İsrail həmin ərazidəki sənaye zonasında olan bütün vətəndaşları təcili təxliyə olunmağa çağırıb: "Yaxın dəqiqələrdə İsrail ordusu İsfahan bölgəsindəki hərbi infrastruktura hücum edəcək. Vətəndaşlar, dərhal bu ərazini tərk edin".

Qeyd edək ki, İsfahanda İranın ən böyük nüvə obyekti yerləşir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az