İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başlatdı

01:14 - 01 Mart 2026

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başlatdı

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb.


Manset.az bu barədə Mehr Xəbər Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, hücum çərçivəsində "Shahed" pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahına zərbələr endirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə məlumat yayaraq növbəti hücum dalğasında hədəf alınacaq əsas obyektləri açıqlayıb. Məlumata görə, İsrailin Hayfa limanındakı bazası, Ramat-David şəhərindəki aviabaza, Beyt-Şəms hərbi-sənaye şəhərciyi və Aşdod hərbi sənaye mərkəzi hücumların əsas hədəfi olacaq.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az