"Xameneinin ölümündən son İranla danışıqlar "daha asan" olacaq" - Tramp

09:14 - 01 Mart 2026

\"Xameneinin ölümündən son İranla danışıqlar \"daha asan\" olacaq\" - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək "çox daha asan" olacaq.


Manset.az xəbər verir ki, Amerika lideri bunu "CBS News"a telefonla verdiyi müsahibədə deyib.

Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları "effektiv olub" və diplomatiyaya yol aça bilər.

"İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara (İrana - red.) bərk zərbə vururlar", - Tramp böhranın diplomatik nizamlanması perspektivləri haqqında suala cavab verərkən deyib.

O həmçinin Xameneinin ölümündən sonra İran lideri postuna "bir neçə uyğun namizəd" olduğunu bildirib, lakin təfərrüatlara varmayıb.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az