Cənubi Kiprdə PARTLAYIŞ - Böyük Britaniyanın bazası partladıldı

11:19 - 02 Mart 2026

Cənubi Kiprdə PARTLAYIŞ - Böyük Britaniyanın bazası partladıldı

Cənubi Kipr Rum İdarəetməsi (GKRY) tərəfindən idarə olunan Limassol şəhərində yerləşən Böyük Britaniyaya aid Akrotiri Hava Bazasında partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışın dron vasitəsilə həyata keçirildiyi htimal olunur.

Böyük Britaniya Müdafiə Nazirliyi mənbələri partlayışa bir dronun səbəb olduğunu bildirərək, bazadakı siqnalizasiya sistemlərinin işə salındığını və ərazidə olan təyyarələrin qabaqlayıcı tədbir olaraq havalandığını açıqlayıb.

GKRY rəsmiləri partlayışın qismən ziyana səbəb olduğunu və bölgədə insan tələfatının olmadığını qeyd ediblər.

Qeyd edək ki, adanın cənub hissəsində yerləşən Akrotiri Böyük Britaniyanın xaricdəki ən böyük hərbi bazalarından biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az