İraqın Kürdüstan regionunun paytaxtı Ərbil şəhərində güclü partlayışlar baş verib.
Manset.az xəbər verir ki, bu barədə “Al Jazeera“nin bölgədəki müxbiri bildirib.
Məlumata görə, Ərbil Beynəlxalq Hava Limanına raket və dron hücumları olub. İraq Hava Hücumundan Müdafiə sistemləri hücumların qarşısını almağa çalışır.