İranın Körfəz ölkələrinə etdiyi hücumlarda son olaraq Səudiyyə Ərəbistanı hədəf alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin iqtisadiyyatının əsas can damarı olan "Aramco"nun Ras Tanura şəhərindəki neft emalı zavodu vurulub.
Bölgəni tüstülər bürüyüb, zavoddakı fəaliyyətlər dayandırılıb.
Qeyd edək ki, "Aramco" dünyanın ən böyük xam neft ehtiyatlarına sahib olan şirkət kimi tanınır.