"ABŞ-ın hələlik İrana qoşun göndərmək planı yoxdur" - Livitt

00:42 - 05 Mart 2026

\"ABŞ-ın hələlik İrana qoşun göndərmək planı yoxdur\" - Livitt

"ABŞ-ın hələlik İrana qoşun göndərmək planı yoxdur."


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqində bildirib.

    Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ-ın İrandakı hərbi planlarında hazırda quru qoşunların istifadəsi ykxdur, lakin belə bir ehtimal istisna edilə bilməz.

    "Bu, hazırkı planların bir hissəsi deyil” , - o qeyd edib.

    Karolin Livitt Prezident Donald Trampın kürd qüvvələrinin İrana göndərilməsini müzakirə etdiyi barədə məlumatları təkzib edib.

    O bu barədə xəbərləri yalan adlandırıb. Trampım kürd liderləri ilə söhbətinin bölgədəki ABŞ bazalarına yönəldiyini bildirib.

    Karolin Liviitt, eyni zamanda, ABŞ kəşfiyyat orqanlarının İranın yeni ali rəhbrıərinin seçilməsini izlədiyini qeyd edib.

    Onun sözlərinə görə, ABŞ tərəfi hesab edir ki, bu barədə hər hansı bir nəticə çıxarmaq hələ tezdir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az