ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə etdi

01:00 - 05 Mart 2026

ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə etdi

İraqdakı ABŞ səfirliyi bütün amerikalıları ölkəni tərk etməyə və ya mümkün qədər tez bir zamanda sığınacaq tapmağa çağırıb.


Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin “X” hesabında məlumat verilib.

"İraqdakı ABŞ vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə və ya təhlükəsiz şərait yaranana qədər sığınacaq tapmağa çağırırıq", - məlumatda deyilir.

Səfirlik həmçinin vətəndaşları qida, su, dərman və digər zəruri şeylərlə bağlı ehtiyat tədbiri görməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az