İsrail Hərbi Hava Qüvvələri İrana qarşı davam edən “Nərildəyən Şir” (“Operation Roaring Lion”) əməliyyatı fonunda həm ölkənin şimal-qərbindəki Təbriz, həm də paytaxt Tehranın şimal hissələrinə intensiv zərbələr endirib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə seçilən “NourNews” agentliyi yayıb.
Agentlik yazır ki, zərbə nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, fevralın 28-də başlayan bu genişmiqyaslı əməliyyat nəticəsində indiyədək İranın bir çox yüksəkrütbəli hərbi rəsmisi zərərsizləşdirilib.