İranın hava hücumundan müdafiə (HHM) sistemi fevralın 28-dən bu günə qədər ölkə səmasında ABŞ və İsrailə aid 104 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirib.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb.
"İndiyə qədər ölkənin HHM sistemləri tərəfindən "Hermes", "Heron", "Orbiter" və "MQ9" növlərindən olan 104 PUA vurulub", - məlumatda qeyd olunub.
Bildirilib ki, dronlardan biri məhv edilmədən ələ keçirilib.