Şimali Koreya hərbi qabiliyyətini nümayiş etdirən yeni raket sınağı ilə beynəlxalq gündəmi zəbt edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pyongyang hökuməti bu sınağın yalnız texniki bir test olmadığını, həm də nüvə gücünü qoruma məqsədini daşıyan bir mesaj olduğunu açıqlayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, lider Kim Jongun, qızı Kim Juae ilə birlikdə "strateji" kruiyz raketlərinin test atışını yerində izləyib.
Sınağın "ChoeHyon" adlı döyüş gəmisi üzərindən həyata keçirildiyi və bir neçə raketin ard-arda atıldığı bildirilib.