"Boğazları yaxından izləyirik" - Tramp

10:02 - 12 Mart 2026

\"Boğazları yaxından izləyirik\" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın bütün gəmi və qayığını batırdıqlarını və boğazları yaxından izləyəcəklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Air Force One" təyyarəsindən enərkən jurnalistlərə verdiyi açıqlamada İranın demək olar ki, yolun sonuna çatdığını söyləyərək, "Bu, vəziyyəti dərhal sona çatdıracağımız mənasına gəlmir", - deyib. İranın donanmasının hava qüvvələrinin və idarəetmə sistemlərinin olmadığını iddia edən Tramp ölkədə tamamilə sərbəst hərəkət etdiklərini vurğulayıb.

Tramp boğazları diqqətlə izləyəcəklərini bildirərək, "Boğazlar çox yaxşı vəziyyətdədir. İranın bütün gəmi və qayığını batırdıq. Bəzi raketləri var, amma çox deyil. Məncə, vəziyyət bizim üçün çox yaxşıdır" - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az