Yaponiyada bir mağazada çamadan daşıyan bir kişinin çamadanından qan axdığını görən Türkiyə vətəndaşı bir qadın bu anı telefonuyla qeydə alıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun sosial mediada paylaşdığı bu görüntülər geniş müzakirələrə səbəb olub.
Gənc qadın, "Qanım dondu, ümid edirəm ki, düşündüyüm şey deyil. Çamadandan qan damır" - sözləri ilə yaşadığı şok və təəccübü ifadə edib.
Həmin fotonu təqdim edirik: