İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əbu Məhmədi adlı komandirini öldürüb.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Hərbçilərin məlumatına görə, Əbu Məhmədi "Hizbullah" ilə SEPAH arasında hərbi koordinasiyada əsas fiqur hesab olunurdu. O, həmçinin Livan qruplaşması ilə yüksək rütbəli İran rəsmiləri arasında vasitəçi rolunu oynayırdı.
Qeyd olunb ki, o, "Hizbullah"ın raket potensialının artırılmasında mühüm rol oynayıb və "Şimal oxları" əməliyyatından sonra qruplaşmanın imkanlarının bərpasında iştirak edib.