Qəzzada ölənlərin sayı AÇIQLANDI

17:30 - 12 Mart 2026

Qəzzada ölənlərin sayı AÇIQLANDI

İsrail ordusunun 7 Oktyabr 2023 tarixindən bu yana Qəzza Zolağına həyata keçirdiyi hücumlardan həyatını itirənlərin sayı 72.136-ya yüksəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada İsrailin hücumları nəticəsində baş verən itkilər və yaralı sayı ilə bağlı ən son məlumatlar təqdim edilib.

Açıqlamada son 24 saatda xəstəxanalara İsrail hücumu nəticəsində həyatını itirən bir Fələstinli və 9 yaralının gətirildiyi bildirilib.

Atəşkəsin başladığı tarixdən etibarən yaşanan vəziyyətin də təqdim edildiyi açıqlamada 11 Oktyabrdan bu yana həyatını itirənlərin sayının 651-ə, yaralı sayının isə 1.741-ə yüksəldiyi və bu müddət ərzində dağıntılar altından 756 nəfərin cəsədinin çıxarıldığı qeyd olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az