NATO-dan Hörmüz Boğazı AÇIQLAMASI

17:36 - 19 Mart 2026

NATO-dan Hörmüz Boğazı AÇIQLAMASI

NATO Baş katibi Mark Rutte Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında Rumıniya Baş naziri Nicusor Dan ilə birgə mətbuat konfransı keçirib. Konfransda Mark Rutte Hörmüz Boğazı ilə bağlı danışıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, vəziyyətlə bağlı ABŞ ilə və öz aralarında intensiv görüşlər keçirdiklərini bildirərək, "Həmişə olduğu kimi bir həll yolu tapacağıq" - deyib.

Mətbuat konfransında Rutte ABŞ Prezidenti Donald Trumpın Hürmüz Boğazının yenidən dəniz nəqliyyatı üçün açılması məsələsində NATO müttəfiqlərinin yardım etməmələri və bu vəziyyətin ABŞ-nin NATO-dakı rolunu necə təsir edəcəyi ilə bağlı bir sual alıb. Mark Rutte, "NATO daxilində müttəfiqlərlə etdiyim əlaqələrdə gördüyüm və eşitdiyim şey, hamımızın İranın nüvə gücünə və ballistik raket qabiliyyətinə sahib olmamasının kritik olduğu barədə razılaşdığımızdır. Hazırda ABŞ-nin etdiyiisə İranın bu gücünü zəiflətməkdir" - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az