Türkiyənin Konya şəhərində idarəetməni itirərək qarşı zolağa keçən avtomobil qəza törədib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, idarəetməni itirən avtomobilin toqquşduğu ticarət avtomobilinin sürücüsü Sami Kutlu və oğlu Yusuf Kutlu həyatını itirib. Məlumata görə, 4 nəfər isə yaralanıb.
Hadisə yerli vaxtla saat 13:30 radələrində, Konya-Afyonkarahisar avtomobil yolunun Bağrıkurt ərazisində baş verib. Hadisə yerinə polis, jandarma, yanğınsöndürən və təcili yardım xidmətləri göndərilib. Ambulanslarla 4 yaralı Konya şəhərindəki xəstəxanalara aparılıb. Ata və oğulun cəsədləri müayinə üçün Konya Məhkəmə Tibb İnstitutuna göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.