"ABŞ-nin bazalarına raket zərbələri endirilib" - SEPAH

21:27 - 19 Mart 2026

\"ABŞ-nin bazalarına raket zərbələri endirilib\" - SEPAH

İran İsrail və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 65-ci dalğasını həyata keçirib.


Manset.az xəbər verir ki, bu barədə  Khabar Fouri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Hayfa şəhərindəki neft emalı zavodları, təhlükəsizlik və hərbi mərkəzlərinə raket zərbələri endirilib:

"Həmçinin "Qiyam" və "Zülfüqar" raketləri ilə ABŞ-nin Əl-Xərc (Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqi) bazasındakı F-16 və F-35 qırıcılarının və casus "AWACS"ların əsas yanacaq dəstəyi mərkəzi hədəf alınıb. Bundan başqa, Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" bazasının komandanlıq, data-mərkəz idarəetməsi və döyüş rabitəsi vasitələrinin qərargahı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən təxminən 30 km cənub-şərqdə yerləşən strateji əhəmiyyətli hərbi hava bazası olan Əz-Zəfraya "Qədr" və "Xeybərşəkən" raketləri ilə dəqiq zərbələr endirilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az