Evini ChatGPT vasitəsilə satdı - 100 min dollar daha çox qazandı 

22:10 - 24 Mart 2026

Evini ChatGPT vasitəsilə satdı - 100 min dollar daha çox qazandı 

Florida ştatınının Kuper-Siti şəhərində yaşayan daşınmaz əmlak sahibi evini satış prosesinin bütün mərhələlərində - qiymətin müəyyən edilməsindən tutmuş danışıqlara qədər ChatGPT-dən istifadə edərək satıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, kişi evi daşınmaz əmlak bazarında fəaliyyət göstərən peşəkar şəxsin proqnozlaşdırdığından (954 800 dollar) 100 min dollar baha sata bilib və sövdələşmə cəmi 5 gün ərzində başa çatıb.

Robert Levin əvvəlcə süni intellektdən qeyri-rəsmi şəkildə istifadə etməyə başlayıb və ev satış prosesi ilə bağlı suallar verib. Daha sonra bu söhbətlər kompleks strategiyanın əsasını təşkil edib. ChatGPT vasitəsilə o, satışın əsas mərhələlərini idarə edib - bazar analizi, qiymətin təyin edilməsi, reklam və danışıqlar.

Hüquqi məsələlərlə bağlı o, vəkilə müraciət edib, baxışların təşkili kimi praktiki işləri isə özü həyata keçirib. Levinin fikrincə, bu metodu texniki bilikləri dərin olmayan insanlar da istifadə edə bilər. O vurğulayıb ki, ChatGPT-dən istifadə əsasən düzgün suallar vermək və dialoq qurmaqdan ibarətdir.

Bununla yanaşı, o qeyd edib ki, mütəxəssislərin rolu aradan qalxmır, lakin süni intellekt istifadəçilərə qərarvermə prosesində daha çox inam və nəzarət imkanı verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az