2025-ci il üzrə qlobal hava keyfiyyəti hesabatına əsasən, Pakistan dünyanın ən çirkli havasına malik ölkəsi olub.
Manset.az xəbər verir ki, havadakı zərərli PM2.5 hissəciklərinin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının normasını 13 dəfəyə qədər üstələyib.
Siyahıda Pakistanı Banqladeş və Tacikistan izləyir və bu ölkələrdə hava çirkliliyi kritik həddə çatıb.
Azərbaycanın mövqeyinə gəlincə, son açıqlanan (2024-cü il) qlobal reytinqə görə ölkəmiz 49-cu yerdə qərarlaşıb (138 ölkə arasında).
Bu göstərici Azərbaycanın ən çirkli ölkələr sırasına daxil olmadığını, lakin tam təmiz hava kateqoriyasında da yer almadığını göstərir. Ölkə ümumilikdə “orta səviyyəli hava çirkliliyi” qrupuna daxildir.