İsrail və ABŞ-nin İranla davam edən danışıqlarda istənilən nəticənin alınmaması ehtimalına qarşı hərbi əməkdaşlıqlarını gücləndirmək üçün hazırlıq gördüyü bildirilir.
Manset.az HaberGlobal-a istinadən xəbər verir ki, İsrail mətbuatı ABŞ-nin gələcəkdəki hərbi hücumlar üçün Yaxın Şərqə hərbi qüvvə yığdığı iddialarını irəli sürüb. Həmin xəbərlərə görə, son günlərdə İsrail və ABŞ-nin yüksək səviyyəli rəsmiləri arasında intensiv görüşlər keçirilib və bu görüşlərin məqsədinin danışıqların müsbət nəticə verməməsi ehtimalına qarşı hərbi koordinasiyanı artırmaq olduğu bildirilib.
Xəbərdə ABŞ-nin bölgəyə hərbi qüvvə yığmasının İsraildə belə qiymətləndirildiyi qeyd olunub: "Ya ABŞ rəhbərliyi İran qarşısında "qələbə təsviri" yaratmağa çalışır, ya da regional güc balansında dərin strateji dəyişikliklərə yönəlmiş bir neçə planlı hərbi əməliyyatın hazırlığı görülür".
Bundan əlavə, İsrail və ABŞ arasında İranın infrastrukturuna hücum məsələsində fikir ayrılığı olduğu, İsrail bu hücumu dəstəkləsə də, ABŞ-nin bunun əleyhinə olduğu vurğulanıb. Bu hücumların xarakteri barədə Tel-Əvivlə Vaşinqton arasında anlaşılmazlıqlar yaşandığını bildirilir.
Yayılan xəbərlərdə İranın ABŞ-nin danışıqlara olan ciddi yanaşmasını şübhə ilə yanaşdığı və ona etimad etmədiyi qeyd edilib. Bu səbəbdən İranın hələ də ABŞ-nin tələblərinə cavab vermədiyi və bu məsələyə Körfəz ölkələri ilə yanaşı Rusiya və Çini də daxil etməyə çalışdığı iddia edilib.