Avstraliya Baş naziri Entoni Albanese xalqa müraciət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir xalqı ehtiyaclarından artıq yanacaq almamağa çağırış edib. O, müraciət nitqində insanların mümkün olduğu halda işə ictimai nəqliyyat vasitələri ilə getmələri lazım olduğunu vurğulayıb.
Baş nazir Entoni Albanese İran müharibəsinin yaratdığı neft böhranı ilə bağlı ulusa müraciət edərək, yanacaq böhranının avstraliyalılar üzərindəki təsirinə toxunub. Albanese, "Dəyərli avstraliyalılar, təbiətimiz etibarilə optimist bir ölkəyik, amma hal-hazırda müsbət düşünməyin çətin olduğunu başa düşürəm. Orta Şərqdəki müharibə benzin və dizel qiymətlərində tarixdəki ən böyük artıma səbəb oldu. Avstraliya bu müharibədə aktiv iştirakçı deyil, amma bütün avstraliyalılar bunun qiymətini daha yüksək ödəyir. Bunu benzin doldurma məntəqələrində və supermarketlərdə gördüyünüzü bilirəm. Fermerlərin, yük maşını sürücülərinin, kiçik bizneslərin və ailələrin çətin günlər keçirdiyini başa düşürəm. Həqiqət budur ki, bu müharibənin yaratdığı iqtisadi şoklar aylarla bizimlə olacaq", - deyib.