Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyindədir.