43 nəfər qətlə yetirildi - Konqoda dəhşətli qətliam

12:06 - 03 Aprel 2026

43 nəfər qətlə yetirildi - Konqoda dəhşətli qətliam

Kongo Demokratik Respublikası (KDR) şərqində yerləşən Ituri əyalətində üsyançılar silahlı hücum həyata keçirib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Demokratik İttifaq Gücləri (DİG) adlı üsyançı qrupun üzvləri Bafwakoa kəndində mülki şəxslərə qarşı silahlı hücum təşkil ediblər.

ADF üzvləri bir çox evləri qarət edərək yandırıb və bu hücumda əksəriyyəti mədən işçisi olan 43 mülki şəxs həyatını itirib.

Son günlər ADF-nin intensivləşdirdiyi hücumlar səbəbindən bölgədə panika yaşanır və çox sayda mülki şəxs yeni hücum qorxusuyla kəndlərini tərk edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az