İran 1000 saatdan çoxdur ki, internetsiz qalıb.
Manset.az xəbər verir ki, bu barədə “Netblocks” real-vaxt rəqəmsal monitorinq platforması məlumat yayıb.
Məlumata görə, İranın intranet adlandırılan və ölkədaxili yazışmalar, bank əməliyyatları və digər xidmətlər üçün zəruri olan daxili interneti işləsə də, www-ya, yəni beynəlxalq şəbəkəyə çıxış 41 gündən çoxdur ki, yoxdur.
Yerli hökumət İranda müharibə başlayandan beynəlxalq şəbəkəyə çıxışı məhdudlaşdırıb.