logo
logo logo
logo

İbrahim Tatlısesin son vəziyyəti açıqlandı

12:04 - 11 İyun 2026

İbrahim Tatlısesin son vəziyyəti açıqlandı

Bir müddət fiziki müalicə aldığı xəstəxanadan yeni paylaşım edən məşhur sənətçi İbrahim Tatlısesin son vəziyyəti diqqət çəkib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, usta sənətçi xaricdəki konsertlərindən sonra İstanbuldakı evində narahatlıq hiss edərək 7 aprel tarixində ciddi infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmiş və müalicəyə başlanılmışdı. Bir müddət reanimasiya şöbəsində qalan və əməliyyat olunan Tatlıses müalicəsi başa çatdıqdan sonra evə buraxılmışdı.

22 aprel tarixində xəstəxanadan çıxarılan İbrahim Tatlısesin yenidən xəstəxanada olduğu xəbəri tərəfdarlarını narahat edib. Sosial mediada xəbərin sürətlə yayılmasından sonra Tatlıses özü də sosial media hesabından açıqlama verib.

İbrahim Tatlıses sosial media hesabından paylaşım edərək xəstəxanada öz istəyi ilə qaldığını bildirərək aşağıdakıları qeyd edib:

“Son günlər sağlamlıq vəziyyətimlə bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Allaha şükür ki, ümumi sağlamlıq vəziyyətim çox yaxşıdır. Lakin bildiyiniz kimi, keçirdiyim əməliyyatdan sonra bir müddət hərəkətsiz qalmalı oldum. Bu müddət ərzində əzələlərimdə güc itkisi və bəzi zəifləmələr meydana gəldi.

Həkimlərimin məsləhəti ilə sağlamlığıma tam qovuşmaq və gündəlik həyatımı daha güclü şəkildə davam etdirmək üçün öz istəklə və razılığımla fiziki müalicə proqramına başladım. Bəzi xəbərlərdə olduğu kimi, xəstəxanaya təcili vəziyyət səbəbi ilə yerləşdirilməmiş və ya xüsusi müalicə altında olmamışam. Tam əksinə, mövcud sağlamlıq vəziyyətimi daha yaxşı bir səviyyəyə çatdırmaq məqsədilə planlı şəkildə fiziki müalicə alıram”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az