logo
logo logo
logo

Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqladı

23:43 - 11 İyun 2026

Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi ilə aparılan müzakirələr ən yüksək səviyyədə yekunlaşdırılıb və tərəflər yekun razılaşmanı təsdiqləyiblər.


Manset.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.

“İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsində yekunlaşdırılması və təsdiqlənməsi faktını nəzərə alaraq, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu axşam İrana qarşı planlaşdırılmış zərbələri və bombardmanları ləğv etmişəm”, - deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, müzakirələr və yekun razılaşma bütün detalları ilə razılaşdırılıb və prosesdə iştirak edən bütün tərəflər tərəfindən təsdiqlənib.

Tramp qeyd edib ki, razılaşmanı ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr dəstəkləyib.

O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada razılaşma tam yekunlaşana qədər qüvvədə qalacaq.

“Razılaşma yekunlaşdırılıb. İmzalanma vaxtı və yeri yaxın zamanda açıqlanacaq”, - deyə Tramp vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az