Meksika millisinin Dünya Çempionatındakı açılış oyununda qazandığı qələbə matçdan əvvəl Azteka Stadionunun ətrafında baş verən şiddətli toqquşmaların kölgəsində qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bileti olmayan azarkeşlər və etirazçı qruplar stadiona daxil olmağa cəhd göstəriblər.
Stadionun səkkizinci giriş qapısı qarşısında polis əməkdaşlarına daş və şüşə qablar atılıb. Baş verən hadisələr nəticəsində onlarla şəxs saxlanılıb.